"Standard & Poors": Azərbaycan regionda ən yaxşı reytinqlərdən birinə malikdir
Tarix: 2-07-2015, 16:38 | Çap et
"Standard & Poors": Azərbaycan regionda ən yaxşı reytinqlərdən birinə malikdir
“Azərbaycan region ölkələri arasında ən yaxşı kredit reytinqlərindən birinə malikdir”.

Trend-in məlumatına əsasən, bunu bu gün Bakıda keçirilən VI Azərbaycan Beynəlxalq Sığorta Forumunda çıxışı zamanı “Standard & Poors” reytinq agentliyinin kredit analitiki Viktor Nikolski deyib.

Onun sözlərinə görə, buna imkan yaradan amillərdən biri ölkənin dövlət borcunun az olmasıdır: “Ölkə dünya bazarında neftin qiymətinin ucuzlaşmasından zərər görsə də, Azərbaycanın investisiya reytinqi "BBB-" səviyyəsindədir ki, bu da bəzi Avropa ölkələrinin reytinq göstəricisindən yüksəkdir. Ölkənin reytinqi daha yüksək ola bilər, bununla yanaşı, göstərici Rusiya, Belarus, hətta Türkiyədən yüksəkdir. Ukraynadan isə danışmağa dəyməz”.

V.Nikolski qeyd edib ki, regionda inkişaf etməkdə olan bazarların hamısı tarixi göstəricisindən aşağı səviyyədə inkişaf edir: “2010-cu ilədək regiondakı ölkələrin artımı 5 faizdən yuxarı idi, indi isə əksəriyyətində bu göstərici sıfıra yaxınlaşır”.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net