Füzuli Ələkbərov cüdoçu qızların ittihamına cavab olaraq telefonu söndürdü
Tarix: 2-07-2015, 15:58 | Çap et
Füzuli Ələkbərov cüdoçu qızların ittihamına cavab olaraq telefonu söndürdü
Yenicə başa çatan I Avropa Oyunlarında Azərbaycan cüdoçuları uğursuz çıxışları ilə diqqət şəkdi. Tatami üzərinə çıxan 18 cudoçumuzdan yalnız Orxan Səfərov uğur qazana bildi.
9 qadın və 9 kişi olmaqla 18 cudoçu arasında Orxan Səfərov gümüş medal qazandı, digərləri uğursuzluğa düçar oldular..

Modern.az saytı xəbər verir ki, uğursuzluqlarının səbəbləri haqda “Qafqazinfo”ya danışan seçmə komandanın qadın cüdoçuları Cüdo Federasiyanın ünvanına bir sıra ittihamlar səsləndirib, onlara diqqət göstərilmədiyi haqda iddialar irəli sürüblər.
Qadın idmançılar Cüdo Federasiyasının prezidenti Fizuli Ələkbərovun onlara diqqət gpöstərmədiyini, görüşmədiyini, oyunlardan əvvəl məşqlər üçün şəraitin yaradılmadığını, onlara pul ayrımadığını əsas gətirərək, uğursuzluqlarını ört-basdır etməyə çalışıblar.
Modern.az saytı səsləndirilən ittihamlara qarşı tərəfin münasibətini öyrənmək məqsədilə Cüdo Federasiyasının prezidenti Fizuli Əlkəkbərovla əlaqə saxlayıb. Telefon zəngimizə cavab verən F.Ələkbərov məsələ ilə bağlı sualımızı dinlədikdən sonra danışmaqdan imtina etdi və bunu bizi tanımaması ilə bağladı.
Sonra isə telefonu söndürdü.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net