“Biz eyni məqsəd uğrunda mübarizə aparırıq” – Siyavuş Novruzov
Tarix: 2-07-2015, 15:51 | Çap et
“Biz eyni məqsəd uğrunda mübarizə aparırıq” – Siyavuş Novruzov
“Siyasi dəyişikliklər heç bir böyük əhəmiyyət kəsb etmir”.

Bunu Hafta.az-a açıqlamasında millət vəkili Siyavuş Novruzov İsmət Yılmazın Türkiyə Böyük Millət Məclisi spikerliyinə seçilməsinə münasibət bildirərkən deyib. Milli Məclis deputatının sözlərinə görə, qardaş ölkənin Azərbaycanla mövqeyi birmənalıdır:

“Hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Azərbaycan və Türkiyə ümummilli liderin də dediyi kimi bir millət, iki dövlətdir. O baxımdan da Türkiyədə hakimiyyətin dəyişməsi, rəhbərliyə kimin və ya hər hansı bir partiyanın gəlməsindən asılı olmayaraq, Azərbaycanla mövqeyi birmənalıdır. Üstəlik bu yaxınlıq yüksələn siyasi xətt üzrə inkişaf edir. Biz eyni millətik. Türkiyə xalqı ilə Azərbaycan xalqının münasibətləri də bu baxımından yüksək səviyyədədir. Ona görə də siyasi dəyişikliklər heç bir böyük əhəmiyyət kəsb etmir. Çünki xalq birdir və eyni məqsəd uğrunda mübarizə aparırıq. Türkiyədə hakimiyyətə hansı partiyanın gəlməsindən asılı olmayaraq, bu dəyişməzdir”.

Xatırladaq ki, hakim Ədalət və İnkişaf Partiyasının nümayəndəsi olan İsmət Yılmaz 4 cü tur səsverməsindən sonra yeni hökumətin parlament rəhbəri seçilib. O, son turda 256 səs toplayaraq rəqiblərini üstələyə bilib.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net