Nahid Emiloğlu xəstəxanalıq oldu
Tarix: 2-07-2015, 15:38 |
Çap et
Təşkilatçı Nahid Emiloğlu xəstəxanalıq olub.
Axşam.az-ın məlumatına görə, təşkilatçının ürəyində problem yaranıb.
Əməkdaşımızla söhbətində N.Emiloğlu hazırda səhhətinin yaxşı olduğunu bildirib:
“Ürəyimdə problem var. İstilərdən kiçik bir kriz keçirtdim. Xəstəxanaya çatdırdılar, həkimlər tez müdaxilə etdi. Bu gün evə buraxıldım. Xəbər yayılıb ki, ikinci dəfə infarkt keçirmişəm. 2013-cü ildə infark olmuşdum. Ona görə də tanışlar elə bilib ki, ikinci dəfə də o halı yaşadım”.