Mahmudov "Kalaşnikov" konsernini aldı
Tarix: 2-07-2015, 14:50 | Çap et
Mahmudov "Kalaşnikov" konsernini aldı
Rusiyanın Ural Dağ-Metallurgiya Şirkətinin sahibi İsgəndər Mahmudov "Kalaşnikov" silah konserninin sahiblərindən birinə çevrilib.

ANS PRESS-in məlumatına görə, Mahmudov Rusiyanın "Rostex" dövlət korporasiyasına daxil olan "Kalaşnikov"un səhmlərinin 12,25%-ni öz tərəfdaşı Andrey Bokarevdən satın alıb. Beləliklə, səhmlərin 25%-i İsgəndər Mahmudova məxsusdur. Səhmlərin 51%-i isə "Rostex"də qalıb. Andrey Bokarevin əlində isə səhmlərin 12,25%-i qalıb.

"Kalaşnikov" konserni 2013-cü ilin avqust ayında qeydiyyatdan keçirilib. O, Rusiyanın İjevsk şəhərində yerləşən iki müəssisənin - "İjmaş"ın və İjevsk Mexanika Zavodunun əsasında yaradılıb. Konserndə avtomat və snayper silahları, idarə olunan artileriya mərmiləri və geniş çeşiddə mülki məhsullar istehsal edilir.

“Forbes”in məlumatına görə Rusiyanın 15-ci varlı adamı olan İsgəndər Mahmudovun kapitalı 2,7 milyard dollara bərabərdir. Milliyyətcə özbək olan İsgəndər Mahmudov 1963-cü ildə Buxara şəhərində anadan olub. 1980-ci illərdə Daşkənddə gizli sex sahibi çalışan İsgəndər Mahmudov 1991-ci ildə Moskvaya köçüb və leqal bizneslə məşğul olmağa başlayıb.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net