"ABŞ kürdlərə silah göndərilməsi planına maneə törədir"
Tarix: 2-07-2015, 13:18 |
Çap et
İngiltərənin “Daily Telegraph” qəzeti terrorçu İŞİD-ə qarşı döyüşən peşmərgə qruplarının çətin vəziyyətdə olduğunu yazıb. Bildirilir ki, bu qruplara birbaşa silah göndərilməsi planına ABŞ tərəfindən maneə törədilib.
ABŞ-ın İŞİD-lə döyüşən kürd silahlılarına silah göndərilməsinin qarşısının alınması qəzetin baş xəbəri olub. Bildirilir ki, buna məsul rəsmilər kürdlərin birbaşa silahlandırılmasının təhlükəli olduğunu vurğulayıblar. ABŞ rəhbəri Barak Obamanı razı salmaq cəhdləri də alınmayıb.
İŞİD-lə müvəffəqiyyətlə döyüşən kürd yaraqlılarının onları Ərbildə geriyə doğru itələdiyi bildirilir. Qeyd edilir ki, kürdləri silahlandırmaq üçün bir neçə Avropa ölkəsi tərəfindən dəyəri milyonlarla ölçülən silah satın alınıb. Ancaq İŞİD-ə qarşı hərbi əməliyyatları idarə edən amerikalı komandirlər silah transferinə maneə törədir.
Musavat.com