Vətəndaş Bakı Hava Limanında qanunsuzluqla üzləşib - PULUMU ALDILAR
Tarix: 1-07-2015, 16:55 | Çap et
Vətəndaş Bakı Hava Limanında qanunsuzluqla üzləşib - PULUMU ALDILAR
Bakı Hava Limanında qanunsuzluq, süründürməçiliklə üzləşən Arif Dəniz adlı vətəndaş yazır:

"Mən 30 oktyabr 2014-cü ildə J2 089 reysi ilə Bakıdan İstanbulun "Sabiha Gökçən" Hava Limanına uçmaq üçün Heydər Əliyev adına Bakı Hava Limanına gəldim. Minik kartımı aldıqdan sonra 3-cü mərtəbəyə qalxdım. Yoxlamadan öncə İsmayıl adlı gömrük işçisi mənə yaxınlaşdı üzərimdə nə qədər pu olduğunu soruşdu. Mən ona üzərimdə 22600 ABŞ dolları olduğunu bildirdim. O isə Sahib adlı bir gömrük işçisini çağırdı və dedi ki, bu yoldaşda artıq pul var. Sahib məndən pulları ona göstərməymi istədi. Heç bir söz demədən çantamdakı 22600 ABŞ dollarını çıxarıb göstərdim. Bundan sonra Sahib məndən pulları aldı. Hələ gömrük yoxlamasından keçmədiyimi Sahibə xatırlatdım və pulları məndən niyə aldığını ondan soruşdum.

O isə bütün bunlara rəğmən, mənə məxsus 22600 ABŞ dollarını götürüb ərazidən uzaqlaşdı. Bundan sonra adı Adil, soya adı Kazımov olan başqa birisi işçilərə yaxınlaşıb nə isə dedi. Bundan sonra onlar mənə qaçaqmalçı kimi sənədləşdirəcəklərini bildirdilər. Səbəb də onu göstərdilər ki, guya mən üstümdəki pul və onun miqdarı barədə məlumat verməmişəm. Mən isə bunun yalan olduğunu, əvvəlcədən üstümdəki pul haqda gömrük işçilərinə məlumat verdiyimi bəyan etdim. Onlar bu dəfə mənə bildirdilər ki, guya mən Sahiblə yaxşı danışmamışam deyə acığa düşüb.

Nə isə, etirazlarım heç bir nəticə vermədi. Məni təyyarədən geri gaytardılar və Rövşən adlı bir tədqiqadçının otağına gətirdilər ki, təslim al, yaxalımışıq. Rövşən mənə Cinayət məcəlləsi kitabını açdı və bildirdi ki, sənin düz 5 il işin var.

Rövşən adlı tədqiqatçı eyni zamanda, bundan qurtuluş yolunun olduğunu da xatırlatdı. Mən də öz növbəmdə baş verənləri yenidən xatırlatdım. Amma nə fayda? Rövşən dedi ki, bura gəlmisənsə, çıxış yollarını budur:

Ya ümumi məbləğin 20%-ni ödəyirsən, səni buraxıram, ya Xəzər Rayon Məhkəməsinin sədri bizim general Sadiq Abduyevə zəng vurub xahiş edir o zaman səni buraxırıq, ya da, Nəqliyyat polisinin rəisi bizim general Sadiq Abduyevə zəng vurub xahiş edərsə səni buraxa bilərik. Mən isə Rövşənə dedim ki, bu adamların heç birini tanımıram və elə bir adamım da yoxdur ki, ona deyim zəng vursun sən dediyin adamlara. Olar ki mənə dediyiniz adamlarla özüm görüşüm, vəziyyəti onlara izah edim, həqiqəti bilsinlər? Rövşən isə bildirdi ki, onlar səni qəbul etməz, sən cinayətkarsan. Bundan sonra Rövşənə heç bir şey edə bilməyəcəyimi bildirdim.

O isə məni həbslə hədələdi. Təxminən 3 saat keçəndən sonra Rövşən bildirdi ki, məni həbs etmirlər, amma bir şərtlə ki, sabah saat 10-da yenidən onların yanında olum. Pulu isə özlərində saxladılar. Pulun onlarda qalmasını təsdiq edən hər hansı yazılı sənət verməkdən isə imtina etdilər. Xatırladım ki, Türkiyəyə qara ciyərim xəstə olduğuna görə müalicəyə gedirdim. Çantamda olan xəstəlik kagızlarını da gömrük işçilərinə göstərdim, amma bu reketlərin heç vecinə də olmadı. Doktordan da randevu almışdım , ağrıdan əziyyət çəkirdim, təcili Türkiyəyə getməli idim. Üstümdəki pul da müalicəm üçün satdığım evin pulu idi.

Deyildiyi kimi, səhər saat 10-da Rövşənin yanında oldum. Rövşən bu dəfə bildirdi ki, işi istintaqa versəm, gərək 5-6 ay oturasan burda. Nəticədə, müalicəyə gedə bilməyəcəksən, müstəntıqın yanına get-gəl nəticəsində isə səndən tələb etdiyimiz həmin 20 faizi xərcləyəsəksən:

“Gəl, daşı tök ətəyindən, ver ümumi məbləğin 20 faizini, buraxım get”.

Nəhayət, məcbur qalıb xəstəliyimə görə onunla razılaşmalı oldum. Nəticədə, məndən aldıqları izahatı ləğv edərək, guya mənim üzərimdə 16000 ABŞ dolları olduğu və bunu gömrükçülərdən gizlətdiyim haqda yeni akt tərtib etdilər. Bundan sonra Rövşən mənə pulu onların aşağıdakı banklarına köçürməyim haqda göstəriş verdi. Mən də pulu göstərilən banka köçürdüm, qəbzi isə Rövşənə verdim. Lakin Rövşən bildirdi ki, 50 dollar da nəğd pul verməliyəm.

Guya, bu pulu da mənim üzümə duran adamları var, hava limanında təmizlik işinə baxırlar, onlara verəcəklər. Beləcə, 2300 dollar pulu zorla məndən aldılar. Pulumun qalan hissəsini isə qaytardılar. Həmin gün, yəni 31 oktyabr 2014-cü ildə axşama yenidən bilet alıb, hava limanına yollandım. Gömrük əməkdaşına yaxınlaşdım, bildirdim ki, mən bəyannamə yazmaq istəyirəm, blank verin, üzərimdə 20000 dollar var. Onlar isə aparatın işləmədiyini, 100 dollar verib keçə biləcəyimi bildirdilər. 100 dollar verib, keçdim. Nə bəyannamə istədilər, nə də mənə “qaçaqmalçı” dedilər”.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net