SOCAR "Azərenerji"ni məhkəmədə udub
Tarix: 1-07-2015, 15:06 | Çap et
SOCAR "Azərenerji"ni məhkəmədə udub
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) "Azərenerji" ASC-ni məhkəməyə verib. "APA-Economics"in xəbərinə görə, bu barədə şirkətin saytında yer alan məlumatda qeyd olunur.

Bu ilin yanvarın 14-də SOCAR "Azərenerji"nin debitor borcun qaytarılması iddiası ilə Bakı İnzibati-iqtisadi Məhkəməsinə müraciət edib.

Məhkəmə SOCAR-ın xeyrinə qərar çıxarıb.

"Azərenerji" borc məbləğinin ödənilməsinə dair qərarın yenidən baxılması üçün məhkəməyə apelyasiya ərizəsi ilə müraciət etməyib.

Qeyd edək ki, borcun məbləği açıqlanmır.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net