Dünən Türkiyə parlamentinin sədrini müəyyən etmək üçün keçirilən səsvermədə sədrin vəzifələrini müvəqqəti icra edən Dəniz Baykal parlament sədri olaraq ilk səhvinə yol verib.
Avropa.info xəbər verir ki, dünən parlament sədrini müəyyən etmək üçün səsvermənin birinci və ikinci turu keçirilib.
Parlamentə müvəqqəti sədrlik edən CHP Antalya millət vəkili Dəniz Baykal istifadə olunan səsləri hesablayarkən qarşısındakı mikrofonun açıq olduğunu unudub.
Qeyd edək ki, parlament sədrini müəyyən etmək üçün keçirilən səsvermənin ilk iki turunda AKP-nin namizədi İsmət Yılmaz 256, CHP-nin namizədi Dəniz Baykal 125, MHP-nin namizədi Ekmələddin İhsanoğlu 81, HDP-nin namizədi Dengir Mir Mehmet Fırat isə 81 səs toplayıb.