“ADR Hərəkatı seçkidə müstəqil olaraq iştirak etməyəcək” – Ellada Məmmədli
Tarix: 1-07-2015, 14:52 | Çap et
“ADR Hərəkatı seçkidə müstəqil olaraq iştirak etməyəcək” – Ellada Məmmədli
Müsavat Partiyasından ayrıldıqdan sonra fevral ayında təsis konfransı keçirən Azərbaycan Demokratiya və Rifah Hərəkatında (ADR) qıraqdan baxanda durğunluq müşahidə olunur. Bəs rəhbəri ABŞ-a uzunmüddətli səfərə getmiş ADR-in daxilində nə baş verir? Hərəkat parlament seçkilərinə necə hazırlaşır? Hafta.az-ın suallarını Hərəkatın İdarə Heyətinin üzvü Ellada Məmmədli cavablandırıb.

Həmin müsahibəni təqdim edirik:

- ADR ictimai təşkilat olaraq bu ilki parlament seçkilərinə qatılacaqmı?

- Azərbaycan qanunvericiliyində ictimai təşkilat və hərəkatların seçkidə iştirakı nəzərdə tutulmadığı üçün ADR Hərəkatı seçkidə müstəqil olaraq iştirak etməyəcək.

- Sizdən daha çox bəklənti gözləyənlərə nə demək istəyirsiniz? Çünki sizləri bir qədər fəaliyyətsizlikdə günahlandırırlar?!

- ADR təşkilatlanma dövrünü yaşayır və buna müvafiq olaraq öz fəaliyyətini davam etdirir. Yarandığı az müddət ərzində ölkənin ərazi idarə etmə vahidinin 45 faizində ADR TKlərini qurmuş və fəaliyyət göstərir. Qısa zaman kəsiyində ölkəni düşündürən sosial problemlərin həlli mövzusunda 3 dəyirmi masa keçirtmişdir. Həmin dövr ərzində təsis konfransı və ADR Məclisinin 2 sessiyasını keçirtmişik. ADR TKləri yerlərdə konfransa hazırlaşırlar. Bizi fəaliyyətsizlikdə suzlayan rəqiblər, bədxaxlar və s. siyasi qurumlar bu müddət ərzində nə iş gördükləri haqqında hesabat versələr daha yaxşı olar. Yoxsa daxili və xarici didişmələr onları əldən salıb.

- Qubad İbadoğlu seçkilərə qədər dönəcəkmi? Neçə namizədlə təmsil olunacaq ADR bu seçkilərdə?

- Təbii ki , Qubad bəy ölkəyə dönəcəkdir. Özü seçkidə iştirakı haqqında fikirlərini sosial şəbəkədə də vaxtaşırı paylaşır.

- Qadın namizədləriniz olacaqmı? Millət vəkili olmaq üçün namizədliyinizi verəcəksinizmi?

- Hələlik seçkidə iştirak etmək haqqında heç bir üzv öz fikrini bildirməyib. Əgər elə ADRçi üzvlər olacaqsa , fərdi qaydada namizədliklərini verəcəklər.

- ADR bütün olanları bir kənara qoyub dəstək üçün Müsavat Partiyası ilə seçkilərdə birgə iştirak edə bilərmi?

- Ümumiyyətlə, ADR Hərəkatı ictimai təşkilat olduğu üçün seçkilərdə iştirak etmir. Odur ki , siyasi partiyalar mövzusuyla seçkidə əməkdaşlıq birmənalı olaraq kənarda qalır





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net