Nazirlik “Azərpoçt” xidmətini dayandırdı
Tarix: 1-07-2015, 13:09 |
Çap et
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Azərbaycanda internet poçt xidmətini müvəqqəti dayandırıb. Bu barədə Gunxeber.com-a verilən məlumatlara görə, buna səbəb iyunun 30-da gecə bütün dünyada saatların bir saniyə irəli çəkilməsidir. Mütəxəssislər həmin vaxt komyuterlərin söndürülməsi barədə xəbərdarlıq etmişdilər.
Aldığımız məlumatda bildirilir ki, Rabitə və Yüksək Texnologiylar Nazirliyinin komyuterlərinin söndürülməsi internet sistemində saatların 1 saniyə irəli çəkilməsinin hansısa fəsadlara səbəb olub-olmadığını öyrənmək məqsədi daşıyır. Bu bir növ nazirlik tərəfindən proflaktik tədbirdi. Buna görə də “Azərpoçt” vasitəsilə pul köçürmələri, ödənişlər və pul çıxarılmalar müvəqqəti dayandırılıb.
Qeyd edək ki, dünyanın yavaşlayan dövrünə uyğun irəliləməsi üçün atom saatı bir saniyə irəli çəkilib. Atom saatı atomların rezonans tezliyini sayaraq vaxtı ölçür.
Mövcud tənzimləmə məqsədilə bu gecə atom saatı Qrinviç rəsədxanasının saatına görə, gecə yarısı olmadan öncə bir saniyə irəli çəkilib. Atom saatı bütün dünyanın saatlarını tənzimləmək üçün istifadə edilir. Əgər bu dəyişiklik edilməsə, illər sonra günəşin batması günorta saatlarına təsadüf edəcər.
Qeyd edək ki, atom saatları 1950-ci ildən etibarən kosmik, astronomiya, naviqasiya və s. elmi araşdırmalarda istifadə edilir.
Gunxeber.com