ABŞ və Kuba səfirlikləri bərpa etməklə bağlı razılığa gəldi
Tarix: 1-07-2015, 12:51 |
Çap et
ABŞ və Kuba qarşılıqlı olaraq səfirlik açılması məsələsində razılığa gəlib.
Virtualaz.org Associated Press-ə istinadən bildirir ki, bu gün ABŞ prezidenti Barak Obamanın və dövlət katibi Con Kerrinin iki ölkənin qarşılıqlı olaraq səfirliklərini təkrarən açma məsələsində müqaviləni başa çatdırdıqlarını açıqlayacaqları gözlənilir.
Xatırladaq ki, iki ölkə Obamanın ötən ilin dekabr ayında Kuba ilə əlaqələrin normallaşdırılması istiqamətində tarixi açıqlamasından sonra səfirliklər məsələsini müzakirə etməyə başlamışdı.
Onu da qeyd edək ki, yarım əsrdən sonra ilk dəfə aprelin 11-də ABŞ prezidenti ilə Kuba dövlət başçısı üz-üzə söhbət etdi.
Aprelin 14-də isə Obama Kubanı terrora dəstək verən ölkələr siyahısından çıxardı.
ABŞ və Kuba 1961-cı ildə kəsilən diplomatik əlaqələri bərpa etmək şərtləri ilə təxminən 6 aydır ki, danışıqlar aparır.