"Türkiyə Suriyanı işğal etməyə hazırlaşır" - "Daily Telegraph"
Tarix: 1-07-2015, 12:19 |
Çap et
İngiltərənin yüksək tirajlı qəzeti olan "Daily Telegraph" Türkiyənin Suriyanı işğal etməyə hazırlaşdığını yazıb.
Avropa.info xəbər verir ki, Qərb mediasının Türkiyəyə qarşı tənqidləri Suriyaya əməliyyat ehtimalı adı altında davam etdirilir.
İngiltərənin qabaqcıl qəzetlərindən olan "Daily Telegraph" "Türkiyə, İŞİD və kürdləri dayandırmaq üçün Suriya işğalına hazırlaşır" başlıqlı bir xəbər yayımlayıb.
Qəzetin Yaxın Şərq üzrə müxbiri Riçard Spencerin imzasını daşıyan xəbərdə prezident Rəcəb Tayyib Ərdoğanın döyüş qaydalarında dəyişikliyi təsdiq etdiyi bildirilir.
Təsdiqlənən yeni qaydalara görə həm Əsəd rejimini, həm də İŞİD-i vurmağın mümkünlüyünü bildirən Spencer sözlərinə belə davam edib:
"Türkiyənin məqsədi qaçqınlar üçün və İŞİD-ə qarşı bir bufer zona yaratmaqdır. Ərdoğan bu hücumla cənubda bir kürd dövlətinin meydana gəlməsinin qarşısını almağa çalışır."