Kür çayının yatağında "Balu" ləqəbli ayının cəsədi tapılıb.
"Trend"in "Qruziya Onlayn" saytına istinadən verdiyi məlumata görə, ayı iyunun 14-də daşqın nəticəsində dağılmış Tiflis zooparkına məxsus olub.
Məlumata əsasən bu gün Kürdə həmçinin Tamaz Elizbaraşvilinin özəl sığınacağına aid 3 ölü it tapılıb. Qeyd edək ki, zooparkdan qaçmış pələngin taleyi barədə hələ də məlumat yoxdur.