Tale Heydərovun klubundan şikayət
Tarix: 1-07-2015, 11:59 | Çap et
Tale Heydərovun klubundan şikayət
Ukraynalı baş məşqçi Roman Qriqorçukun gəlişindən sonra “Qəbələ”dən göndərilən rumıniyalı hücumçu Andrey Kristea klubdan FİFA-ya şikayət edə bilər.

“Qafqazinfo” xəbər verir ki, eks-baş məşqçi Dorinel Muntyanunun komandaya gətirdiyi və onun gedişindən sonra qovulan futbolçuya “qırmızı-qaralar”ın hələ də borcu var.

Futbolçu özü də bunu saytımıza açıqlamasında təsdiqləyib: ““Qəbələ”nin mənə borcu var. Ümid edirəm ki, onlar bu pulu verəcəklər. Məbləği açıqlamaq istəmirəm, çünki bu sirdir. Düşünürəm ki, məsələ çox böyüməyəcək. Amma pulumu almayacağım təqdirdə sözsüz ki, FİFA-ya müraciət edəcəm”.

Qeyd edək ki, Andrey Kristea “Qəbələ”yə 2014-cü ilin yayında gəlib və elə həmin ilin son ayında da klubdan ayrılıb. O, əyalət klubunun heyətində 8 oyunda meydana çıxmışdı və fərqlənə bilməmişdi.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net