Rusiyalılar ali məktəblərdə hicaba “yox” dedi
Tarix: 30-06-2015, 16:28 | Çap et
Rusiyalılar ali məktəblərdə hicaba “yox” dedi
Rusiya Federasiyası sakinlərinin əksəriyyəti (74%) təhsil müəssisələrində dərsə hicabda gəlməyi yolverilməz hesab edirlər.

Bu barədə interfaks-a çərşənbə axşamı “Levada-Mərkəz”dən bildiriblər.

Əks mövqeyi sorğuda iştirak edənlərin 18%-i tutur. 9% cavab verməyə çətinlik çəkib. Bu sorğu 19-22 iyunda ölkənin 46 regionunda 134 yaşayış məntəqəsində 800 nəfər arasında aparılıb.

Hicabın azad taxılmasına tərəfdar olan kişilər (20%), yaş həddi 25-39 arası olanlar (23%), ali təhsilli (21%), yüksək istehlakçı statuslu (20%), eləcə də 100 mindən çox əhalisi olan şəhər sakinləri olub (20%).





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net