PKK Kobanidə qətliam törətdi - 19 həkim, 28 tibb bacısı və 100-dən çox xəstə
Tarix: 30-06-2015, 16:09 |
Çap et
PKK terror təşkilatının Suriya qolu olan PYD-nin Kobani bölgəsindəki Mıştənur xəstəxanasını İŞİD-in əlindən geri alarkən böyük qətliam törətdiyi ortaya çıxıb.
Avropa.info xəbər verir ki, PYD-nin partlatdığı xəstəxanada olan 19 həkim, 28 tibb bacısı və 100-dən çox xəstə həlak olub.
Bundan başqa yüzlərlə vətəndaşın ölümünə baxmayaraq PYD əməliyyatın müvəffəqiyyətlə sonlandığını elən edib.
Dörd ay fasilədən sonra Kobaniyə hücum edən İŞİD silahlıları 25 iyun tarixində şəhərdəki Mıştənur xəstəxanasını yenidən ələ keçiriblər.
PYD xəstəxananı geri qaytarmaq üçün xəstəxananın ətrafını mühasirəyə alıb. İçəri daxil ola bilməyən PYD silahlıları xəstəxananın ətrafına bomba yerləşdirərək xəstəxananı havaya uçurmaq qərarına gəlib.
Daha sonra da 28 tibb bacısı, 19 həkim, 100-dən çox xəstənin olduğu Mıştənur xəstəxanasına tamamilə yerlə bir olunub. Partlayışdan sonra xəstəxanadan sağ çıxan olmayıb. Xəstəxananın yeməkxanasında olan aşbaz və digər işçilərin sayı isə bilinmir.
Kobanidə böyük bir qətliama imza atan PYD gücləri Mıştənur xəstəxanasındakı qətliamı zəfər kimi göstərib. Qətliam hadisədən iki gün sonra ortaya çıxıb.