"Mən indiyə qədər bir çox ərəb öldürmüşəm, bunda heç bir problem yoxdur"
Tarix: 30-06-2015, 15:49 | Çap et
"Mən indiyə qədər bir çox ərəb öldürmüşəm, bunda heç bir problem yoxdur"
İsrail rejiminin iqtisadiyyat naziri Nafta Bennet 3-cü Azadlıq Donanmasına ölkəsinin müdaxiləsi haqqında verdiyi açıqlamada, bu hadisə sonra "Fələstinin dövlət olmaq şansını itirdiyini" iddia edib. Bennet, "Qəzza blokadasını yarmağı hədəf seçən 3-cü Azadlıq Donanması ilə birlikdə Fələstinlilərin dövlət olma şansı da dənizin dibinə basdırıldı", - deyib.

FaktXəbər-in məlumatına görə, İsrail donanmasının donanmaya beynəlxalq sularda müdaxilə etməsini müdafiə edən Bennett fələstinlilərin "Terrorun müttəfiqi" olduğunu iddia edib.

Xatırladaq ki, radikal sağçı Yəhudi Evi (Bayit Yahudi) Partiyasının rəhbəri olan Bennett, "mən indiyə qədər bir çox ərəb öldürmüşəm. Bunda heç bir problem yoxdur" sözləri ilə gündəmə gəlmişdi.

Yəhudi Evi Partiyası muxtar və ya müstəqil Fələstin Dövlətinə qarşı ən radikal mövqedədir.

Qeyd edək ki, dünən İsrail rejiminin donanması Qəzza blokadasını yarmağı hədəf seçən 3-cü Azadlıq Donanmasını qeyri-qanuni olaraq beynəlxalq sularda dayandıraraq "Aşdod" limanına aparmışdı.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net