Əhməd Davudoğlu: Türkiyə Yunanıstana yardım etməyə hazırdır
Tarix: 30-06-2015, 15:24 |
Çap et
Rəsmi Ankara Afinaya ölkə iqtisadiyyatını bərpa etmək üçün istənilən dəstəyi göstərməyə hazırdır.
Trend-in “TRT Haber” telekanalına istinadən verdiyi məlumata əsasən, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu deyib.
Nazir bildirib ki, Yunanıstanda sabitlik Türkiyə üçün əhəmiyyətli məsələdir.