İŞİD-ə qalib gələ biləcək güc kimdir?
Tarix: 30-06-2015, 14:39 |
Çap et
İŞİD-i hansı qüvvə saxlaya bilər? Vertikal.az-ın verdiyi xəbərə görə, Independent qəzeti, siyasət elmi mütəxəssislərinə, yazarlar və qənaət öndərlərinə IŞİD-i dayandırmağın yollarını soruşub.
IŞİD-in keçən il elan etdiyi 'xəlifəliyin' ildönümündə, İngilis mətbuatının öndə gələnlərindən olan Independent qəzeti, əli qanlı təşkilatın necə və kimlər tərəfindən dayandırıla biləcəyini mütəxəssislərdən soruşub.
"IŞİD-İ MƏĞLUB EDƏCƏK OLAN İRAQLILIAR"
Bir ildir 'təşkilatı dayandıracaq' bir strategiyanın təşkil edilə bilmədiyini ifadə edən İndependentin araşdırmasında, ən çox diqqəti cəlb edən həll analizi İngiltərə Xarici İşlər Nazirliyindən gəlib. Independentə spiker vasitəsilə edilən şərhdə, IŞİD-i məğlub etməyin İraqlıların işi olduğunu vurğulayaraq "Yekun olaraq, İŞİD-i məğlub etmək İraqlıların işidir. Bu səbəblə koalisiyanın kampaniyası IŞİD'e qarşı durmaları məqsədiylə İraq təhlükəsizlik qüvvələrinə dəstək verməyə və İraq torpaqlarında yenidən nəzarəti təmin etməyə diqqətlidir" deyilib.
Nazirliyin şərhinə görə, "Bu səylər minlərlə İŞİD komandirini və militanını döyüş sahəsindən yox edib, döyüş mövqelərini məhv edib və İŞİD idarəsindəki neft və qaz təsislərinə zərər verib. İngiltərə, İŞİD-ə qarşı qlobal koalisiyanın bir hissəsi kimi hava hücumları və kəşfiyyat yığaraq kilid rol oynayır. İngilis hava qüvvələri 250-dən çox müvəffəqiyyətli hava hücumu reallaşdırıb, bu rəqəm də koalisiyaya ikinci böyük qatqı deməkdir".
Bu da mütəxəssislərin "IŞİD-i kim dayandıracaq?" sualına verdikləri cavablar:
Ekstremizm əleyhinə düşüncə quruluşu Quilliamdan olan analitik Charlie Winter:
İraqın vəziyyətində olan cavab hərbi təhsildir. Haşdi Şabi (şiə milislər) yerinə dünyəvi qüvvələr mübarizəni davam etdirməlidir. Asan deyil, çünki milislər daha yaxşı təhsilli və daha intizamlıdır. Ancaq, İraqın bütün bunlardan sıyrılması hərbi təhsil və intizamla, korrupsiyanın hərbi və siyasi sistemdən təmizlənməsi ilə mümkündür.
ƏSƏD KİLİD NÖQTƏ
Nə var ki, bundan daha çətini Suriya və Dövlət Başçısı Bəşər Əsəddir. Qərbin hələ onunla işləmək arzusu var kimi görünür - onun IŞİD-den daha məqbul olduğu hissi var. Ancaq bu həddən artıq səhvdir və o, çox açıq halda beynəlxalq cəmiyyətlə oynayıb.
"ƏSƏD, XLOR QAZI VƏ BARREL BOMBALARI İSTİFADƏ ETDİKCƏ ..."
O, 200 min nəfərin ölümündən məsuldur və İŞİD daha qlobal olsa da, bu rəqəmin yalnız bir hissəsini öldürüb. Əsəd məktəblərdə və xəstəxanalarda xlor qazı və barrel bombaları istifadə etdikcə və nizamlı olaraq insanları öldürdükcə və itirdikcə, İŞİD kimi təşkilatlar da inkişaf edəcək.
"VİLAYƏTLƏRDƏN BİRİ TAMAMİLƏ YOX EDİLSƏYDİ"
Bununla belə, İŞİD davamlı yeni "vilayətlər" yaradır, bu səbəbdən bir təcil hissi var. Əgər bu vilayətlərdən biri - coğrafi bölgələrdən çox, əlaqəli təşkilatlardan söz edirəm - tamamilə yox edilsəydi, o zaman IŞİD-in hekayəsində həqiqətən problemlərə yol açardı.
Hal-hazırda IŞİD-in çox güclü, davamlı genişlənən, ilahi olaraq əmr bir layihəsi varmış kimi görünən bir vəziyyətimiz var. Əgər bunun hər zaman müvəffəqiyyətli olmadığını isbat edəriksə, bir fərq yarada bilərik. Bu, onun markasını pozmaqla əlaqəli bir şeydir.
'İRAQDA ŞİƏ MİLİSLƏR'
Independent qəzetinin Yaxın Şərq müxbiri Patrick Cockburn:
İraqda İran dəstəkli şiə milislər və ABŞ-ın hava hücumlarının dəstəyini alan kürdlər İŞİD-ə rəqəmlərin gücü ilə qalib gələ bilər.
Suriyada bu ehtimal daha aşağı, ancaq İŞİD, ABŞ-ın hava hücumları, kürdlər, Suriya ordusu və üsyançıların təhdidi altında qalarsa, təzyiq görə bilər.
"ANCAQ İSLAMIN İÇİNDƏN MƏĞLUB OLA BİLƏRLƏR"
Tony Blair Faith Vəqfinin Din və Jeopolitik hissəsinin analitiki Peter WELBY:
İŞİD gələn il hərbi geriləmələrlə qarşı-qarşıya qala bilər, ancaq yalnız İslamın içindən məğlub ola bilər. Bu perspektivdə İŞİD-ə təhdid yaradanlardan biri digər cihadçı qruplar, xüsusilə də Suriyada döyüşənlərdir.
"KÜRD QÜVVƏLƏRİNƏ YARDIM ..."
Alman Radikallaşma və Radikallaşma ilə Mübarizə Tədqiqatları İnstitutu (Girds) Direktoru Daniel Koehler:
Qısa dövrdə aktual qarışıq nəticə verəcək: Kürd qüvvələrə kömək etmək, İraq qüvvələrini gücləndirmək, maliyyə hərəkətləri harada mümkündürsə, qarşısını almaq və hava hücumları etmək.
Nə var ki, Qərblilərin (və digərlərinin) daimi axını İŞİD üçün bir həyat xəttidir və bunu dayandırmaq üçün ev sahibi ölkələrin qarşısını almaq və radikallaşma ilə mübarizə adına çox daha çox iş etmək məcburiyyətindədir.
Səyahət üzərində təzyiq tətbiq cəhdləri kifayət deyildirsə və əgər radikallaşmağa maneə törətmə strategiyası ilə əlaqəli olmazsa, ancaq təhdidi artırar. İŞİD, özünü tarixdəki ən müvəffəqiyyətli cihadçı qrup olaraq qurdu, bu səbəbdən eynilə Əl-Qaidə kimi markaları yəqin ki, heç vaxt tam mənasıyla yox olmayacaq.
"YERLİ BİRLİKLƏR İŞİD-İ MƏĞLUB EDƏ BİLƏR"
Chatham House Yaxın Şərq və Şimali Afrika Proqramından və Isis:
"Inside the Army of Terror"un yazıçılarından Hassan Hassan: İŞİD-i kimin məğlub edə biləcəyi hal-hazırda açıq olmalıdır. Öz bölgələrini qoruyan yerli birliklər, beynəlxalq koalisiyanın da kritik köməyi ilə İŞİD-lə döyüşüb onları məğlub edə biləcək ən yaxşı mövqedədirlər.
Kürd birliklər öz bölgələrində İŞİD-le döyüşdə təsirli olduqlarını göstərdilər, eynilə şiə milisləri və Suriyalı üsyançılar kimi. Digər tərəfdən, hökumət qüvvələri müvəffəqiyyətsiz oldu, çünki hökumətləri və təsirləri yoxdur.
"YUMUŞAQ VƏ SƏRT GÜC"
ABŞ Xarici İşlər Nazirliyi Müsəlman Toplumlar keçmiş Xüsusi Nümayəndəsi və Harvard Universitetinin Siyasət İnstitutunda təcrübəli təhsil işçisi:
Mövzu İŞİD-dən çox daha əhatəlidir: Bu ifratçılıqla əlaqədar və bizim 'ifratçılığı necə məğlub edə bilərik?' sualını soruşmağımız lazımdır.
Ifratçılığı həm yumşaq, həm də sərt güc yanaşması vasitəsi ilə məğlub edərsiniz. Sərt güc, hərbi güc baxımından, yaradılacaq koalisiya növləri və müzakirəyə gələcək hərbi qərar növləri sabit olmalı, bir-birinə bağlı və çox yönlü olmaq məcburiyyətindədir.
Ancaq yumşaq güc, ideologiya mövzusu gənc uşaqların o istiqamətə doğru hərəkətə keçməsinə ilham verir, bu, İŞİD-i məğlub etmək üçün tam mənasıyla bütöv bir strategiya üçün sərt gücə daxil edilməlidir.
Bunu edə bilmək üçün hökumətdə olmayan aktyorların, həm online həm də offline olaraq, müsəlman gənclərin İŞİD-i cazibədar görməsinə mane olacaq qarşı arqumentlərlə bazar yerinə axın etməsinə, beynəlxalq səyinə ehtiyacımız var.
"İŞİD-İ MƏĞLUB ETMƏYİN TƏK YOLU ..."
Nottingham Trent Universitetində Yaxın Şərqdə terrorizm mütəxəssisi və countering Global Terrorism and Insurgency kitabının yazıçısı Dr. Natasha Underhill:
Hal-hazırda İŞİD-i məğlub etməyin tək yolu, İslami fundamentalist qruplarla baş edərkən hər kəsə uyğun gələn həll narahatçılığından uzaqlaşmaqdır.
"İŞİD, EL QAİDƏ DEYİL"
İŞİD, El Qaidə deyil və onlarla mübarizə etməyə çalışarkən bu həqiqəti unuduruq. Yayılmalarının qarşısını almaq üçün ənənəvi bir hərbi yanaşma lazımlıdır, ancaq daha əhəmiyyətli olaraq, onların İraq, Suriya və başqa yerlərdə yeni torpaqlar qazanmasının qarşını almağımız lazımdır. Eyni zamanda, İraqı on illərdir narahat edən və İraq işğalıyla daha pis hala gələn altda yatan məzhəb gərginlikləri ilə mübarizə etməyimiz lazımdır.
Bu mövzular ələ alınana qədər, insanların qeyri-qanuni olaraq gördüyü hökumətə meydan oxuyan İŞİD kimi alternativ qruplara dəstək davam edəcək.
Suriyada Əsəd rejiminə qarşı duruş göstərməliyik və ölkəni, insanların rəhbərlikdə birbaşa söz sahibi olduğu yeni bir siyasi sistem ortaya çıxa bilməsi üçün kafi ölçüdə sabitliyə qovuşmağımız lazımdır. Siyasi azadlıq və siyasi legitimliyi İŞİD kimi bir qrup üçün xərçəng kimi olar. Bu səbəblə, özlərini təcili yardım kimi yüksəltmək məqsədi ilə məzhəbçilik alovlarını qızışdırırlar.