Nazirlikdən mobil operatorların tariflərilə bağlı AÇIQLAMA
Tarix: 30-06-2015, 13:20 |
Çap et
“Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi mobil operatorların tariflərinin aşağı salınması ilə bağlı daim tövsiyyələr verir”. Bu sözləri Modern.az-a açıqlamasında Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri Əlyar Təmirov deyib. O bildirib ki, nazirlik mobil operatorların vahid tarif siyasətinə qarışmır.
“Mobil operatorlar nazirliyin tövsiyyəsinə əsasən müxtəlif kampaniyalar şəklində qiymətlərdə dəyişiklik edirlər. Tariflərdə hər zaman dəyişiklik olur ki, mobil operatorlar bununla bağlı ictimaiyyətə məlumat verir”.
Ə.Təmirov bildirib ki, nazirlik tənzimləyici qurum olaraq mobil operatorların yalnız beynəlxalq istiqamətdə olan tariflərini tənzimləyir ki, bunlar da Tarif Şurası tərəfindən təsdiqlənir.
“Mobil operatorların şəbəkadaxili və şəbəxarici tarifləri ilə bağlı paketləri bazar prinsiplərinə uyğun olaraq onların özləri tərəfindən tənzimlənir. Onlar mütəmadi olaraq tariflərin aşağı salınması ilə bağlı kompaniyalar keçirir”.