Bakıda 35 şagird qızıl və gümüş medala namizəddir
Tarix: 30-06-2015, 11:22 | Çap et
Bakıda 35 şagird qızıl və gümüş medala namizəddir
Bu il Bakı şəhərində fəaliyyət göstərən məktəblər tərəfindən XI sinfi başa vuran 111 şagirdin qızıl və gümüş medalla təltif olunması üçün namizədliyi irəli sürülüb. Bu barədə Modern.az saytının sorğusuna cavab olaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 111 şagirdin arasında seçim edilib, seçimə əsasən 35 şagirdin namizədliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinə göndərilib.

Qeyd edək ki, Təhsil Nazirliyi hansı şagirdlərin qızıl və ya gümüş medallar alacağını iyul ayında açıqlayacaq.

Məzunların qızıl və ya gümüş medalla təltif olunması ilə bağlı namizədlərin seçilməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 14 yanvar tarixli 8 nömrəli qərarı ilə təsdiq olunmuş “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunma qaydası” na əsasən həyata keçirilir. Həmin qırara uyğun olaraq təhsil naziri müvafiq əmr imzalayır.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net