Rusiyadan Azərbaycana Olimpiada dəstəyi
Tarix: 30-06-2015, 10:50 |
Çap et
"Rusiya əmindir ki, Azərbaycan Olimpiada-2024-ün keçirilməsinə layiqli namizəddir".
ANS PRESS-in məlumatına görə, bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev söyləyib. O güman edir ki, Bakı I Avropa Oyunlarından sonra Olimpiadanın yükünü daşıya bilər:
"2024-cü ilə qədər Azərbaycan hələ çox təcrübə yığacaq. Çünki növbəti ildə Azərbaycan 42-ci Şahmat Olimpiadasını və "Formula-1" üzrə Avropa Qran prisinin yarışlarını qəbul edəcək. 2017-ci ildə İslam Oyunları və 2020-ci ildə futbol üzrə Avropanın Çempionatı Azərbaycanda olacaq", - deyə Dmitri Savelyev xatırladıb.
Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri bildirib ki, Bakı Olimpiadanın keçirilməsinin hüququ üçün mübarizə aparmağa qərar versə, Rusiya bu qərarı hər vəclə dəstəkləyəcək:
"Biz səmimi hisslə bayram edirik. Azərbaycan bizim dostumuz və xeyirxah qonşumuzdur. Azərbaycanan bütün Avropa üçün möhtəşəm yarış təşkil etdi və həqiqətən də istəyinə nail oldu. Bu unudulmaz və əla idi!".
Şimal qonşumuz olan Rusiya Bakıda keçirilən Avropa Oyunlarının medal lideri olub. Belə ki, Rusiya 164 medal qazanıb. Onlardan 79-u qızıl, 40 gümüş, 45 bürüncdür.