Sabiq baş qərargah rəisi Suriyada təhlükəsizlik zonasının yaradılması ilə bağlı Türkiyəyə xəbərdarlıq etdi
Tarix: 30-06-2015, 10:33 | Çap et
Sabiq baş qərargah rəisi Suriyada təhlükəsizlik zonasının yaradılması ilə bağlı Türkiyəyə xəbərdarlıq etdi
Türkiyə Silahlı Qüvvələrinin bölmələri Suriyada təhlükəsizlik zonası yaratmaq üçün ölkəyə daxil ola bilər, lakin ölkə ərazisini tərk edə bilməz.

Trend-in “Kanal7” telekanalına istinadən verdiyi məlumata əsasən, bu barədə Türkiyə Silahlı Qüvvələrinin sabiq baş qərargah rəisi İlkər Başbuğ deyib.

O bildirib ki, Suriyanın İraq olmadığını nəzərə almaq lazımdır: “Ölkə ərazisində “Əl-Qaidə”dən tutmuş İŞİD-ə kimi müxtəlif qruplaşmalar döyüşür”.

Xatırladaq ki, İ.Başbuğ rəsmi Ankaranı Suriya hökumətini dəstəkləməyə çağırmışdı.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net