Rusiya səfiri: I Avropa Oyunları yüksək səviyyədə keçdi
Tarix: 29-06-2015, 17:42 | Çap et
Rusiya səfiri: I Avropa Oyunları yüksək səviyyədə keçdi
I Avropa Oyunları yüksək səviyyədə keçdi. Bunu Trend-ə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin deyib.

Onun sözlərinə görə, rusiyalı idmançıların Bakıda uğurları gözləntiləri üstələdi: "Əlbəttə, əmin idik ki, Rusiya komandası medalların sayına görə birinci olacaq. Lakin bu qədər fərqin olacağını gözləmirdik".

V.Doroxin qeyd edib ki, uğurun səbəbi Rusiyanın Oyunlara ciddi münasibətidir: "Yarışların təşkilatçısı olan Azərbaycana hörmətə görə Rusiya bura aşağı səviyyəli idmançıları göndərə bilməzdi. Təbii ki, azərbaycanlı azarkeşlərin səmimi dəstəyi də öz sözünü dedi. Onlara böyük təşəkkür düşür. Hər şey çox yüksək səviyyədə idi".





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net