Qəbələdə qeyri-qanuni fəaliyyət göstərən limonad sexinin fəaliyyəti dayandırılıb - FOTO
Tarix: 29-06-2015, 17:02 | Çap et
Qəbələdə qeyri-qanuni fəaliyyət göstərən limonad sexinin fəaliyyəti dayandırılıb - FOTO
Azərbaycanda qeyri-qanuni fəaliyyət göstərən və standartlara cavab verməyən limonad istehsalı sexinin fəaliyyəti dayandırılıb.

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Texniki Tənzimləmə və Standartlaşdırma üzrə Dövlət Nəzarəti Xidmətinin Şəki ərazi idarəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, Şəki ərazi idarəsinin əməkdaşları dövlət nəzarət planına uyğun olaraq aparılan monitorinqlər zamanı Qəbələ rayonu, Vəndam kənd ərazisində qeyri-qanuni fəaliyyət göstərən fiziki şəxs Fəxriyar Zinhar oğlu Qaçayevə məxsus alkoqolsuz “Duşes” limonadı içkisi istehsalı sexi aşkar edib.

Monitorinq nəticəsində istehsal olunan məhsulun təhlükəsizlik və keyfiyyət göstəricilərinə zəmanət verən müvafiq olaraq gigiyenik və uyğunluq sertifikatlarının, məhsul istehsalı üçün istifadə olunan resepturanın, xammal və köməkçi materialların sertifikatlarının olmadığı, qablaşdırma, markalanma, saxlama və daşınma qaydalarına əməl olunmadığı, istehsalda istifadə olunan avadanlıqların sanitar vəziyyətinin qeyri qənaətbəxş olduğu, təkrar istifadə olunmaq üçün nəzərdə tutulan qabların steril yuyulmasını təmin edən avadanlıqların olmadığı, istehsal olunan məhsulun sınaqlarının aparılmadığı faktları aşkar edilib.

Aşkar edilmiş nöqsanlar barəsində qanunvericiliyin tələblərinə müvafiq tədbir görülüb və sexin fəaliyyəti dayandırılıb.





Xəbərlər
 
 
 
 
 
17-01-2025 15:57
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net