MDB Antiterror Mərkəzi Belarusda təlim keçirəcək
Tarix: 29-06-2015, 12:25 |
Çap et
MDB Antiterror Mərkəzi 2016-cı ildə Belarusda böyük miqyaslı təlim keçirəcək. Trend “Belta”ya istinadən məlumat verir ki, bu barədə mərkəzin rəhbəri Andrey Novikov xəbər verib.
O bildirib ki, hazırda yeni təlimlər üzrə ssenarilər hazırlanır: “Düşünürəm ki, ssenari müxtəlif planlı, yerinə yetirilmə baxımından maraqlı və ən əsası, praktik cəhətdən tətbiq olunan olacaq”.
A.Novikov həmçinin qeyd edib ki, belə tədbirlərin hər birində mərkəz əməkdaşları sosial şəbəkələrdə də daxil olmaqla, təxribat, terror fəaliyyətinə qarşı təlim keçəcək.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]