“Ermənistanda hakimiyyət dəyişikliyi Azərbaycanın xeyrinə ola bilər”
Tarix: 26-06-2015, 15:40 | Çap et
“Ermənistanda hakimiyyət dəyişikliyi Azərbaycanın xeyrinə ola bilər”
Ermənistanda artıq 5-ci gündür ki, elektrik enerjisinin bahalaşmasına qarşı mitinqlər keçirilir. Aksiya ilk günlər İrəvanda başlasa da, artıq ölkənin əyalətlərinə də sıçrayıb. Maraqlıdır, bu aksiyalarda hazırkı iqtidar istefaya göndərilərək yerinə qərbyönümlü hakimiyyət gələrsə Qarabağ probleminin həllində nə kimi irəliləyişlər baş verərə bilər? Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən politoloq Hikmət Hacızadənin sözlərinə görə, Ermənistanda Qərbdən dəstək alaraq iqtidar olan qüvvələr Qarabağ probleminin həlli üçün müsbət addımlar ata bilərlər:
“Rusiya nə Azərbaycanda, nə də Ermənistanda sülh, sabitlik istəmir. Onlar həmişə Qafqazada gərginlik, qarşıdurmalar olmasını istəyiblər. 20 ildən çoxdur ki, apardıqları siyasət bunun üçün hesablanıb. Ermənistanda əgər dəyişiklik baş verərəsə bu Azərbaycanın və Ermənistanın ən böyük problemi olan Qarabağ düyününün açılmasına müsbət mənada təsir edərək, bizim xeyrimizə olan bir amilə çevrilər. Ermənistanda hakimiyyətə gələcək qərbyönümli iqtidar Rusiyadan aslı olmadan siyasət aparacağı halda, Qarabağ probleminin həlli ehtimalı indikindəq qat-qat çox olacaq.”





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net