
Poroşenko xarici ölkə ordularının Ukrayna ərazisində yerləşdirilməsi haqqında qanuna dəyişiklik edib.
Axar.az xəbər verir ki, bu barədə informasiyanı Ukrayna Prezidentinin Mətbuat Xidməti yayıb.
Xidmətin məlumatına görə, qanunda əsasən xarici ölkə ordularının Ukrayna ərazisində yerləşdirilməsi, onların sülhü və təhlükəsizliyi dəstəkləyən əməliyyatlarda iştirakına icazə verilməsi məsələlərində dəyişikliklər edilib.