Abdulkadir Abdullayev: "Finalda da qələbə qazanacağam"
Tarix: 26-06-2015, 15:33 | Çap et
Abdulkadir Abdullayev: "Finalda da qələbə qazanacağam"
"Bütün gücümlə özümü final yarışında qələbə qazanmağa hazırlayacağam".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Avropa Oyunlarında boks yarışlarının yarımfinal mərhələsində rusiyalı rəqib Sadam Maqomedova qalib gələrək finala vəsiqə qazanan Azərbaycan boksçusu Abdulkadir Abdullayev deyib.

O bildirib ki, rusiyalı rəqibi ilə döyüşü normal keçib: "Döyüş normal keçdi. Hər kəsə dəstəyinə görə təşəkkür edirəm. Rəqibim güclü idi, əvvəllər qarşılaşmamışdım. Ümid edirəm ki, finalda da qələbə qazanacağam".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
07-08-2025 16:22
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net