Vüsal Məmmədov: “Cəmil Həsənli siyasətdə olmasaydı...”
Tarix: 26-06-2015, 13:11 |
Çap et
“Cəmil Həsənli siyasətə qatılmasaydı, bəlkə də Azərbaycan üçün daha faydalı insan ola bilərdi. İndi isə nəinki faydalı insandır, hətta ziyanlı bir şəxsə çevrilib”.
Bu sözləri Editor.az-a açıqlamasında Azvision.az portalının baş redaktoru Vüsal Məmmədov söyləyib.
Xatırladaq ki, Milli Şuranın fəxri sədri, kinodramaturq Rüstəm İbrahimbəyov erməniləri mədh edən növbəti açıqlama ilə çıxış edib. İctimaiyyətin ciddi narazılıqla qarşıladığı bu açıqlamaya Milli Şuranın sədri Cəmil Həsənli dəstək verib və Rüstəm İbrahimbəyova haqq qazandırmağa çalışıb.
Azvision.az portalının baş redaktoru Vüsal Məmmədov hesab edir ki, Cəmil Həsənli ziyalı ola biləcəyi halda, ziyanlı olmaq yolunu seçib:
“Nə deyə bilərəm? Cəmil Həsənli gəlib bu vəziyyətə düşməməli idi. O, siyasətdən kənar dursa, Azərbaycan üçün faydalı bir insan ola bilərdi. Amma siyasi müstəvidə olduqca ziyanlı və son dərəcə çirkin bir düşərgədə qərar tutmaqla, cəmiyyət üçün tamamilə lazımsız, hətta ziyanlı bir adama çevrilib. Ziyalı ola biləcəyi halda ziyanlı olmağı seçib. Bizə ancaq onun özünü saldığı halı ikrah qarışıq təəssüflə seyr etmək qalır”.