FHN Ağcabədi ilə Beyləqanı qarışıq salıb?
Tarix: 26-06-2015, 12:19 |
Çap et
Fövqəladə Hallar Nazirliyinin ( FHN ) saytının yaydığı xəbərə görə, Afşar bələdiyyəsi ərazisində yanğın olub və xeyli kol-kos yanıb. Yanğınsöndürənlər yanğını söndürüblər. Biz məsələni aydınlaşdırmaq üçün FHN-nin mətbuat xidmətinə müraciət etdik. Ancaq xidmətin əməkdaşı Ayaz Qasımov suallarımıza cavab verməkdən imtina etdi: “ Suallarınıza ancaq xidmətin rəhbəri cavab verə bilər”. Onda biz Ağcabədi RİH ilə əlaqə saxladıq. İH başçısının müavini Hafiz Mehdiyev olayı inkar elədi: “ Ağcabədi ərazisində heç bir yanğın olmayıb. Yanğın Beyləqan rayonundakı “Haramı düzündə” olub”.