NATO baş katibi Gürcüstana gedir
Tarix: 26-06-2015, 12:08 |
Çap et
NATO baş katibi Yens Stoltenberq bu ilin avqust ayında Gürcüstana səfər edəcək.
Bu barədə AzVision.az Gürcüstan Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir.
“Gürcüstan müdafiə naziri Tina Xidaşvili və NATO baş katibinin müavini Aleksandr Verşbounun iyunun 25-i Brüsseldə baş tutan görüşündə alyansın baş katibi Yens Stoltenberqin 2015-ci ilin avqustunda Tbilisiyə səfər etməsi barədə razılıq əldə olunub”, - deyə Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilir