Türkiyədə mülk alan əcnəbilərin sayı açıqlandı - Siyahıda azərbaycanlılar da var
Tarix: 25-06-2015, 17:50 | Çap et
Türkiyədə mülk alan əcnəbilərin sayı açıqlandı - Siyahıda azərbaycanlılar da var
136967 əcnəbi Türkiyənin daşınmaz əmlakına sərmayə qoyub. Türkiyə Mülkiyyətin Kadastrı Baş İdarəsinin məlumatına görə, Türkiyədə daşınmaz əmlakına sahib olanların siyahısında ingilis (36478) və ruslar (313590) üstünlük təşkil edir.

Eyni zamanda, 13192 alman, 8272 norveçli, 5945 irlandlı, 5543 danimarkalı, 5538 hollandiyalı, 4803 iraklı, 4672 belçikalı və 4039 küveytli Türkiyədə daşınmaz əmlaka sahibdir.

Əcnəbilərin daha çox Antalyada mülk sahibi olduqları qeyd edilib. Belə ki, burada 56600 əcnəbinin evi var. Muğlada 22892, Aydında 20347, İstanbulda 19217, Mersində 4045, İzmirdə 3578 əcnəbi ev alıb.

İngilislərin Türkiyədə daha çox yay istirahətləri üçün ev aldıqları qeyd edilir.

Türkiyədə daşınmaz əmlak alanlar arasında azərbaycanlılar da aktivdirlər. Son illərdə xeyli azərbaycanlı Türkiyədən mülk alıb. Amma Türkiyə Mülkiyyətin Kadastrı Baş İdarəsinin məlumatında azərbaycanlıların sayı açıqlanmayıb/modern.az/.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net