Yəhudi qız 25 milyona satıldı
Tarix: 25-06-2015, 17:49 |
Çap et
Avstriyalı simvolist rəssam Qustav Klimtin əsəri “Sotbi” auksionunda rekord qiymətə satılıb.
Axar.az Qardian-a istinadən xəbər verir ki, 19 yaşlı yəhudi qızın təsvir olunduğu portretin ilkin qiyməti 7 milyon funt-sterlinq olub. Portret 1902-ci ildə çəkilib.
Sözügedən auksionda həmçinin Albert Eynşteynin məktubları, Eduard Manenin, Pol Qogenin, Pablo Pikassonun da əsərləri satışa çıxarılıb. Ümumi auksiondan əldə olunan gəlir 273,6 milyon dollar olub.