Rəsmi Bakı AŞPA-nı bu açıqlama ilə məyus etdi
Tarix: 25-06-2015, 15:48 | Çap et
Rəsmi Bakı AŞPA-nı bu açıqlama ilə məyus etdi
Avropa İttifaqının bəzi strukturları ilə birlikdə AŞPA da nümayiş etdirir ki, onlar üçün beynəlxalq hüquq heç bir əhəmiyyət kəsb etmir.

ANS PRES-in məlumatına görə, bunu Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov “Twitter” səhifəsində yazıb

PA rəsmisinin sözlərinə görə, onlar üçün “biz necə istəyirik o da olmalıdır” prinsipi əsasdır: "Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bu qurumların mövqeyi bunu açıq-aydın göstərir. İkili standartın digər nümunəsi də budur".

N.Məmmədovun sözlərinə görə, təəssüflər olsun ki, Avropada bu siyasətin hara apardığını və nə ilə nəticələnə biləcəyini hələ anlaya bilmirlər.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net