“Qərb Azərbaycanla danışığın formasın tapmalıdır” POLİTOLOQ
Tarix: 25-06-2015, 14:48 |
Çap et
Bu gün ABŞ Dövlət katibi Con Kerry Dövlət Departamentinin 2014-cü il İnsan Haqları Hesabatını açıqlayır.
Məsələ ilə bağlı Hafta.az-a danışan politoloq Qabil Hüseynli bildirib ki, insan haqları məsələsi Avropa və Amerikanın prinsipiallıq göstərdiyi mövzudur:
“Bu məsələlərdə hesab edirəm ki, Azərbaycan gərginliyə getməməlidir. Çünki bir neçə adama görə, Azərbaycanın xarici siyasətində böyük dövlətlərlə gərginlik yaratması arzu edilən deyil. Biz onlara sübut edə bilmirik ki, hazırda Qərbin siyasi məhbus adlandırdıqları şəxsləri cinayət əməlinə görə həbs ediblər. Burada heç bir siyasi məhbusluqdan söhbət gedə bilməz. Rusiya ilə dostluq münasibətlərimiz təbii ki, bizim üçün çox səmərəlidir. Ancaq Azərbaycan Qərb dövlətləri də münasibətləri yumşaltmağa çalışmalıdır. Qərb çox kinli siyasət yürüdür. Azərbaycanla bağlı məsələlərdə ikilistandartlara yol verib, qeyri-obyektiv fikirlər səsləndirirlər. Ancaq nəzərə alaq ki, dünyada hər zaman bu cür olub. İri dövlətlər müəyyən prinsiplər əsasında siyasətlərini yürüdüblər. Demokratiya, insan haqları, siyasi məhbus mövzuları hər zaman Qərbin ortaya atdığı bəhanələr olub. Onlar bunun vasitəsi ilə öz məqsədlərini həyata keçiriblər. Azərbaycana müxtəlif dinləmələr keçirərək təzyiqlər edirlər. Bu günlərdə AŞ PA Azərbaycanın işğal edilmiş əraziləri ilə bağlı hüquqa zidd, biabırçı bir qərar qəbul etdi. Vaxtı ilə Ermənistanın təcavüskarlığı haqqında qərar qəbul edən bir orqan, indi başqa mövqe sərgilədi. Bax budur ikili standartlar. Qərb Azərbaycanla danışığın formasını tapmalıdır. Təzyiqlərə son qoyulmalıdır”.