Yunanıstan naziri: “TAP və “Cənubi Avropa qaz xətti” bir-birinə rəqib olmayacaq”
Tarix: 25-06-2015, 13:18 |
Çap et
Transanadolu boru xətti (TAP) və “Cənubi Avropa qaz xətti” bir-biri ilə rəqabət aparmayacaq. Trend-in “Bloomberg”-ə istinadən verdiyi məlumata əsasən, bu barədə Yunanıstanın Energetika naziri Panayotis Lafazanis deyib.
Nazir bildirib ki, hər iki boru xətti Avropaya enerji sabitliyi gətirəcək: “Hər iki boru xəttinin alıcıları olacaq və hər ikisi sahiblərinə qazanc gətirəcək”.
P.Lafazanis qeyd edib ki, “Cənubi Avropa qaz xətti”nin ötürmə qabiliyyəti ildə 49 milyard kub metr qaz olacaq: “Xəttin tikintisi gələn il başlayacaq və 2019-cu ildə başa çatacağı gözlənilir”.
Nazir bildirib ki, boru xəttinin Yunanıstana düşən hissəsi 20 min insanı işlə təmin edəcək: ““Cənubi Avropa qaz xətti” “Türk axını”nın davamıdır. Paritet əsaslarla layihəni həyata keçirmək üçün Yunanıstan-Rusiya birgə müəssisəsi təsis olunacaq”.