Tacikistan İŞİD-ə qoşulanlara qarşı bu tədbiri görəcək
Tarix: 25-06-2015, 12:08 |
Çap et
Tacikistan parlamentinin aşağı palatasının üzvləri ölkə konstitusiyasına dəyişikliklər edilməsinə səs veriblər.
Avropa.info xəbər verir ki, yeni qanun ölkə xaricində fəaliyyət göstərən terrorçu təşkilatlara üzv olan şəxsləri vətəndaşlıqdan məhrum etməyə imkan verəcək. Deputat Zərif Əlizodənin dediyinə görə, vətəndaşlıqdan məhrumetmə avtomatik olaraq işə düşəcək. Ancaq o, “avtomatik” anlayışının məhkəmə, yaxud prokuror qərarı ilə icra olunacağına aydınlıq gətirməyib.
Yeni qanun Tacikistan ərazisində doğulmuş hər kəsə valideynlərin hansı ölkənin vətəndaşı olmasından asılı olmayaraq, tacik vətəndaşlığı almaq imkanı verir. Bunu etmək istəyən əcnəbilər isə ən azı orta danışıq səviyyəsində dil imtahanı verməlidirlər.
Hal-hazırda İŞİD sıralarında 400 Tacikistan vətəndaşı döyüşür. Onlardan 60 nəfəri artıq ölüb. OMON polkovniki Qulmurod Həlimovun İŞİD-ə qoşulması isə ölkədə səs-küy yaratmışdı.