Ukraynanın şərqində hökumət qüvvələri ilə ruspərəst üsyançılar arasında yaşanan münaqişə ilə əlaqədar danışıqların növbəti mərhələsi Fransanın paytaxtı Parisdə baş tutub.
ANS TV-nin məlumatına görə, Ukraynada sülhə nail olmağa çalışan Normadiya 4-lüyü münaqişəyə dair müzakirələr aparmaq məqsədilə bir araya gəliblər. Dəyirmi masa arxasında baş tutan iclasda tərəflər Minsk razılaşmasının təfərrüatlarına dair fikir mübadiləsi aparıblar. Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer bildirib ki, istənilən siyasi addımların atılması üçün ilk növbədə təmas xəttində atəşkəs olmalıdır.
Minsk razılaşmasına əsasən, təmas xəttindən ağır hərbi texnikanın geri çəkilməsi nəzərdə tutulsa da, rəsmi Kiyev Rusiyanı üsyançıları ağır hərbi texnika ilə silahlandırmaqda ittiham edir:
“Atəşkəs olmadan heç nəyə nail ola bilmərik. Atəşkəs olmadan Donbasda yolların bərpası mümkün deyil. Atəşkəs olmadan biz siyasi proseslərə start verə və seçkilər keçirə bilmərik. Ona görə də atəşkəs mütləq şərtdir. Biz Moskava və Kiyevdən əməkdaşlarımızlar regionda gərginliyin yatırılması üçün şərtləri müəyyən etməyə çalışacağıq”.