Sərkisyana xəbərdarlıq: “Ermənistan Şimali Koreya olmayacaq”
Tarix: 24-06-2015, 17:44 | Çap et
Sərkisyana xəbərdarlıq: “Ermənistan Şimali Koreya olmayacaq”
Yerevanın Baqramyan prospektində elektrik enerjisinin qiymətinin artırılmasına etiraz edənlərin aksiyası davam edir. Modern.az-ın Ermənistan KİV-nə istinadən verdiyi xəbərə görə, aksiyaya qoşulanların sayı getdikcə artır.

“Bizim mövqeyimiz dəyişməzdir. Ermənistan Şimali Koreya olmayacaq. Bunu sübut edən fakt odur ki, etirazçılara qarşı hətta güc tətbiq edilməsinə baxmayaraq sayımız artıb. Biz xalqın tələbi yerinə yetirilənə qədər burada olacağıq”, aksiya iştirakçılarından biri Yeqiya Nersisyan deyib.

Baqramyan prospektində ötən gecəni üç uşağı ilə keçirən Qayan Aşutyan qeyd edib ki, elektrik enerjisinin qiymətinin artırılması ölkədə bahalaşmaya təsir edəcək: “İnsanların iş yeri yoxdur, əmək haqqını artırmırlar. Biz elektrik enerjisinin pulunu necə ödəyəcəyik?”.

Qadın mübarizənin uğurlu nəticələnəcəyinə inanır. O, Ermənistanı tərk etmək niyyətində olmadığını da bildirib: “Mən Ermənistanı sevirəm, qələbə qazanana qədər mübarizə aparacağam”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net