Xameneyi: “Onlara boyun əyməyəcəyik...”
Tarix: 24-06-2015, 15:56 |
Çap et
İranın ali dini lideri Ayətullah Əli Xameneyi ölkəsi ilə BMT Təhlükəsizlik Şurasının 5 daimi üzvü və Almaniya arasında imzalanacaq anlaşmanın şərtlərini açıqlayıb.
Virtualaz.org saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, İranın müqavilə bağlı əsas şərtlərini açıqlayan dini lider ilk növbədə iqtisadi sanksiyaların aradan qaldırılmasını tələb edib.
Xameneyinin rəsmi internet saytında və Twitter sosial şəbəkəsində yayımlanan çıxışında qeyd olunur ki, müqavilə imzalanan andan etibarən dondurulmuş bank hesabları açılmalı və iqtisadi sanksiyalar dərhal ləğv edilməlidir. O, digər sanksiyaların isə müəyyən proqram çərçivəsində mərhələli şəkildə aradan qaldırılmasını tələb edib.
Xameneyi çıxışında İranla “5+1” ölkələri arasında aprelin 2-də imzalanan ilkin anlaşmada qeyd olunan ölkəsinin 10 il ərzində uranın zənginləşdirilməsini azaltması barədə maddəni də tənqid edib.
İranın özünün müəyən edəcəyi müddət barədə ABŞ-a məlumat verdiklərini bildirən Xameneyi deyib ki, bəzi məhdudiyyətləri qəbul etsələr də radikal tələblərə boyun əyməyəcəklər.