"Region TV"də yayımlanan "Çəkən var" verilişi yenə bir-birindən məzəli və maraqlı sujetləri ilə tamaşaçıları sevindirib.
Sujetlərin birində, ssenariyə əsasən, verilişin heyəti küçənin ortasına çanta qoyub, oradan uzaqlaşırlar. Ardınca, verilişin aktyorları, çantanın yanında təsadüfən dayanmış şəhər sakinlərinə yaxınlaşır, özlərini polis kimi təqdim edir, çantanı açır və sakinləri çantada olanlarla bağlı sorğu-suala çəkirlər.
Bütün bunların bir zarafat və çəkiliş olduğundan xəbərsiz şəhər sakinləri nə baş verdiyini anlamağa çalışır, hər şey aydınlaşdıqdan sonra isə təbəssümlərini gizlədə bilmirlər.