Rusiyada saxta pul satan azərbaycanlıya hökm oxundu
Tarix: 23-06-2015, 16:51 |
Çap et
Rusiyanın Penzenski vilayətinin Qorodiçensk rayon məhkəməsi Rusiya Federasiyasının Mərkəzi Bankının saxta bank biletlərinin saxlanması, daşınması və dövriyyəyə buraxılmasında təqsirli bilinən Azərbaycan Respublikasının vətəndaşına hökm oxuyub.
Oxu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, 2014-cü ilin mart ayından onun Penzenski vilayətinə 15 ədəd 5000, 16 ədəd 1000 və 142 ədəd 500 rublluq saxta əsginas gətirib satdığı müəyyənləşdirilib.
“Dövlət ittihamçısının mövqeyinə müvafiq olaraq məhkəmə ona 2 il müddətinə azadlıqdan məhrumetmə cəzası hökmünü çıxarıb. Cəzasını ümumi rejimli koloniyada çəkəcək saxta pul alverçisi həm də 100 000 rubl məbləğində cərimə ediləcək”, - deyə prokurorluqdan bildiriblər.