Fətulla Hüseynovun oğlu hələ də həbsdədir
Tarix: 23-06-2015, 15:00 | Çap et
Fətulla Hüseynovun oğlu hələ də həbsdədir
Azərbaycan Beynəlxalq Bankın Dubay filialının həbsdə olan müdiri Adil Hüseynov barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatət verilib.

Bu barədə APA-ya məlumat verən A. Hüseynovun vəkili Kamandar Nəsibov deyib ki, vəsatət istintaq orqanına təqdim olunub: “Adil Hüseynovun səhhətində problemlər var. Bundan əlavə, onun təsisçisi olduğu şirkət tərəfindən kredit borcu kimi 7 milyon 79 min 685 manat ödənilib. Lakin bir aya yaxındır ki, cinayət işi üzrə heç bir istintaq hərəkəti aparılmır”.

Qeyd edək ki, A. Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) maddəsi ilə cinayət işi ittiham elan olunub. Nərimanov Rayon Məhkəməsi tərəfindən onun barəsində həbs qətimkan tədbiri seçilib.

A. Hüseynov mərhum polis polkovniki Fətulla Hüseynovun oğludur. F. Hüseynov Daxili İşlər Nazirliyinin sabiq baş əməliyyat müvəkkili, hazırda ömürlük həbsdə olan Hacı Məmmədovun dəstəsi tərəfindən öldürülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net