Ən çirkin kişi səkkizinci dəfə ata oldu
Tarix: 23-06-2015, 14:58 | Çap et
Ən çirkin kişi səkkizinci dəfə ata oldu
Uqandanın ən yaraşıqsız kişisi səkkizinci dəfə ata olub.

ANS PRESS-in məlumatına görə, 47 yaşlı Qodfri Baqumının həyat yoldaşı Keyt Namand (30 yaş) qız uşağı dünyaya gətirib. Balaca bu ailənin altıncı övladı olub. Baqumının başqa bir evlilikdən də iki uşağı var.

Baquma naməlum bir xəstəlikdən əziyyət çəkir və hazırki görüntüsünə görə o, ölkəsində ən çirkin kişi kimi qəbul olunur. 2002-ci ildə "Uqandanın ən yaraşıqsız kişisi" yarışında iştirak etmiş Baqum böyük fərqlə ilk pilləni tutub. O, bu yarışa qalib gəlmək və ailəsi üçün pul qazanmaq ümidi ilə getmişdi.

Yeni titulu qazandıqdan sonra Baqum Uqandada müğənniliklə məşğul olmağa başlayıb. O, Ssebabi adını isə səhnə təxəllüsü kimi seçib. Baqum Namandla tanış olduqdan bir müddət sonra (2008-ci ildə) birinci uşağı dünyaya gəlib. Baqumun həyat yoldaşı əri haqqında çox yüksək fikirdədir:

"Mən öz seçimimi düzgün hesab edirəm. Nə vaxt ki, ürəyindəki insanı tapırsan ətrafdakıların sözlərinə qulaq asmaq lazım deyil. Öz ürəyini dinləmək lazımdır. Pul və xarici görünüş problem olmamalıdır".

Baqum ailəsi verdiyi konsertlərindən əldə olunan gəlirlə dolandırır.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net