“Ərdoğan yeni bir AKP xəyal edir”
Tarix: 23-06-2015, 14:52 |
Çap et
“Ərdoğan erkən seçimlə istədiyi qanunları verə biləcək bir AKP xəyal edir”.
Axar.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” məlumat yayıb.
Qəzet 10 ildir ki, koalisiyasız idarə olunan Türkiyədə seçicilərin siyasilərə verdiyi “uzlaşma” mesajının yerinə yetirilməsinin çətin olduğunu yazır:
“İndi ortaq nöqtə tapılmalıdır. Ən mümkün variantlar AKP-CHP və AKP-MHP koalisiyalarıdır. Ancaq koalisiya baş tutarsa, Ərdoğanın AKP-ni pərdə arxasından idarə etməsi olduqca çətindir. Buna görə də erkən seçimlə istədiyi qanunları verə biləcək AKP barədə ümidlərin olduğu istisna edilə bilməz”.
Politoloq Sonər Çağatay isə hesab edir ki, koalisiyanın şərtinə görə prezident və oğlu barəsində cinayət işinin açılması irəli sürülməmlidir, çünki Ərdoğan bunun qarşılığında prezidentin səlahiyyətlərinin məhdudlaşdırılmasına razı ola bilər.