Ərdoğanın boyunbağısı üçün nazirə 48 saat vaxt verildi
Tarix: 23-06-2015, 13:16 |
Çap et
Əminə Ərdoğanın yardım məqsədi ilə göndərdiyi boyunbağını ələ keçirdiyi iddia edilən Pakistanın keçmiş baş naziri Gilaniyə onu qaytarması üçün 48 saat vaxt verilib. Axar.az xəbər verir ki, Əminə Ərdoğanın 5 il əvvəl Pakistanda baş vermiş sel fəlakəti üçün təşkil edilən yardım kampaniyasına bağışladığı boyunbağı yoxa çıxandan sonra Baş nazir Yusif Rza Gilani dövlət arxivlərində qeydiyyatı tapıla bilməyən boyunbağının onda olduğunu söyləmişdi:
"Əminə Ərdoğan bacımdır. Boyunbağı pulunun 8 qatını 8 gəlinə verdim. Boyunbağı məndədir".
Dövlət arxivlərinin rəsmisinin açıqlamasından sonra artıq keçmiş baş nazirə istintaq işi açılıb:
"Əslində isə o pulu mən verib boyunbağını Əminə xanıma geri göndərməsi üçün Gilaniyə təhvil verdim" .
İstintaq sonunda verilən qərara görə, Gilani dövlətdə olması gərəkən hədiyyəni öz əlinə keçirib.
Daxili İşlər Nazirliyi dünən Gilaniyə boyunbağını geri qaytarmaq üçün 48 saat verib. Boyunbağı qaytarıldıqdan sonra Pakistan hökuməti tərəfindən Əminə Ərdoğana geri göndəriləcək.