Qurban Qurbanov püşkün nəticəsinə münasibət bildirdi: "Çətin olacaq"
Tarix: 22-06-2015, 16:48 | Çap et
Qurban Qurbanov püşkün nəticəsinə münasibət bildirdi: "Çətin olacaq"
Azərbaycanın "Qarabağ" klubu UEFA Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində Monteneqro çempionu "Rudar"la qarşılaşacaq.

Trend-in "Qarabağ"ın saytına istinadən verdiyi məlumata əsasən, Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov püşkatmadan sonra təəssüratlarını bölüşüb:

"İlk növbədə onu qeyd etməliyəm ki, hazırda bizi əvvəlcə komandamızın hazırlığı düşündürür. Məlum səbəblərdən komandamız hələ tam yığışa bilməyib. İyunun 24-dən etibarən tam heyətlə hazırlaşa biləcəyik. Bu baxımdan maksimum halda ilk oyuna qədər hazır olmağa çalışmalıyıq. Rəqib haqqında onu deyə bilərəm ki, çətin oyun olacaq. Balkan klublarına qarşı oynamaq bizə həmişə çətin olub. Həm də onlar bizi daha yaxşı tanıyırlar. Bu dəfə də istisna deyil. Bu oyun bizə hamısından daha önəmlidir. Deyərdim ki, bu tur "play-off" qarşılaşmasından daha önəmlidir".





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net