“ABŞ-ın son hesabatını müsbət qiymətləndirirəm” – Zahid Oruc
Tarix: 22-06-2015, 15:19 | Çap et
“ABŞ-ın son hesabatını müsbət qiymətləndirirəm” – Zahid Oruc
“Keçmişdə Azərbaycanın terrorizmlə bağlı mövqeyinə ikili münasibətlər olub”.

Bunu Hafta.az-a açıqlamasında millət vəkili Zahid Oruc Birləşmiş Ştatların Azərbaycanın terrorizmlə mübarizəsinə müsbət qiymət verməsini şərh edərkən deyib. Zahid Oruc həmçinin vurğulayıb ki, bu qiymət Azərbaycanın terrorizmdən əziyyət çəkən bir ölkə olaraq dünyada sülhün inkişafına verdiyi töhfənin dəyərləndirilməsidir:

“Bir tərəfdən Əfqanıstanda, Kosovoda, İraqda ölkəmizin terrorizmə verdiyi töhfələri qiymətləndirilib. Ona müsbət münasibət göstərilib. Digər tərəfdən isə qeyri-obyektiv hesabatlardan seçmələr də burada yer alırdı. Ona görə də Azərbaycanın rəsmi orqanları qeyd edirdilər ki, xalqımızın həyatı ilə bağlı olmayan terror fəaliyyətlərinin zərərsizləşdirilməsi işində ölkəmizin verdiyi töhfələrə lazımi qiymət verilmir. İndi Birləşmiş Ştatlar tərəfindən nisbətən fərqli münasibət ortaya qoyulub. Bu təqdirəlayiq haldır. Bu ayrıca götürülmüş konkret strukturlarının dəyərləndirmələridir. Onun Azərbaycanla ABŞ arasında ən azı son bir ildə bir sıra məsələlərdə siyasi administrasiyalar arasında olan fikir ayrılıqlarını aradan qaldırmır. Lakin terrorizmə verdiyimiz töhfələrə qiymət verilməsi mühüm bir elementdir. Bu hesabatı müsbət qiymətləndirirəm”.

Xatırladaq ki, ABŞ Dövlət Departamenti 2014-cü ilin Terrorçuluğa Dair Hesabatını dərc edib. Bildirilir ki, Azərbaycan terrorçuluğa qarşı mübarizəmizdə uzun müddətdir ki, ABŞ-la tərəfdaşlıq edir. ABŞ və Azərbaycan terrorçuluğun maliyyələşdirilməsi və çirkli pulların yuyulmasına qarşı aparılan mübarizədə də müsbət əməkdaşlıq etdiyi də hesabatda vurğulanıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net